Rahibin atası: "Ərdoğan üçün dua edirik"

"Türkiyənin çətin dönəmdən keçdiyini bilirik və bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğan üçün dua edirik." Axar.az xəbər verir ki, bu sözləri 2 gün öncə Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun atası Ron Branson “Amerikanın səsi”nə açıqlamasında deyib.

“Bir ölkənin lidersiniz və ölkədə iqtisadi çətinliklər yaşanır. Üzərinizdə təzyiq var. Onun (Ərdoğan) üçün dua edirik. Tanrı ona aldığı qərarlarla kömək olsun”, - deyə Branson bildirib. Keşişin anası Pamela Branson da əlavə edib ki, Endryu hər zaman Türkiyəni sevib və bu ölkə üçün canını verməyə hazırdır:

“Məncə, Endryu geri qayıdıb Türkiyə üçün canını verməyə hazırdır. Bunu edə biləcəyini düşünürəm. Amma övladları var. Ən kiçik oğlu uzun müdddətdir ki, atasız böyüyüb. Endryu ona atalıq etmək istəyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...