Hərbi anbar ərazisində partlayış olub

ABŞ-ın Pensilvaniya ştatında hərbi anbar ərazisində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Telekanalın məlumatına görə, hərbi obyektin ərazisində 3600-dən çox əməkdaş çalışır.

Hadisənin təfərrüatı, eləcə də xəsarət alanların vəziyyəti hələlik məlum deyil.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə