Rusiya MSK: Putin rekord sayda səs yığıb

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin kariyerası ərzində seçicilərindən rekord sayda səs alıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Kommisiyasının məlumatında bildirilib. Seçki bülletenlərinin 93 faizinin hesablanmasından sonra Vladimir Putinə 49,9 milyon nəfər seçicinin səs verdiyi məlum olub. Belə ki, hazırki prezident Rusiyada prezident seçkilərində rekorda imza ataraq 76,51 faiz səs toplayıb.

Qeyd edək ki, Vladimir Putin 2000-ci ildə 39,7 milyon (52,9 faiz), 2004-cü ildə 49,6 milyon (71,31), 2012-ci ildə isə 45,6 milyon (63,6 faiz) seçicinin səsini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə