Deputatlar Şimali Kiprə səfər edəcəklər

Deputatlar Şimali Kiprə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib.

Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə-Azərbaycan və Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.

Səfər mayın 16-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə