“Barselona” ehtiyat qapıçı üçün 25 milyon avro ödəyəcək

"Barselona" heyətinə yeni qapıçı cəlb etmək üzrədir.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, Kataloniya klubu "Valensiya"nın qapıçısı Neto üçün razılıq əldə edib. Razılığa əsasən, "Barsa" braziliyalı qolkiper üçün 25 milyon avro ödəyəcək.

Xəbərdə o da qeyd olunub ki, klub ikinci qapıçı Yasper Silessendən razı deyil. Buna görə "Barsa" hazırkı əsas qapıçı Mark-Andre ter Stegenin əvəzləyicisi kimi Netonu görür.

Silessenin isə Netonun transferindən sonra"Valensiya"ya keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə