Deşam “Real”ın növbəti transfer sirrini açdı

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Ferland Mendinin "Real"a keçməyə yaxın olduğunu təsdiqləyib.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, fransız məşqçi "Lion"un müdafiəçisinin Madrid təmsilçisinə keçmək üzrə olduğunu bildirib: "Mendi iki il əvvəl ikinci liqada oynayırdı. İndi isə "Real"a transfer olunmağın bir addımlığındadır".

Qeyd edək ki, hazırda millinin düşərgəsində olan Mendinin Avro-2020-nin seçmə mərhələsindəki Andorra matçından sonra İspaniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Əlavə edək ki, bu barədə ilk xəbəri bir həftə əvvəl Fransanın “L’Équipe" nəşri yaymışdı. Nəşrin bildirdiyinə görə, "Real" 23 yaşlı Mendi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalayacaq. Kral klubunun bu transfer müqabilində Fransa klubuna 50 milyon avro ödəyəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə