"İnter" Qaret Beyli transfer etmək istəyir

"İnter" "Real"ın futbolçusu Qaret Beyli transfer etmək istəyir.

SİA-nın "Football İtalia" nəşrinə istinadən verdiyi xəbərə görə, İtaliya klubunun yenicə təyin olunmuş baş məşqçisi Antonio Konte rəhbərliyə uelsli hücumçunu komandasında görmək istədiyini bildirib.

Qeyd edək ki, "Real" Beyli satmaq istəsə də oyunçu Madrid təmsilçisini heç vaxt tərk etməyəcəyini və komandada istənilən duruma hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə