“Bavariya” Arsen Vengerlə müqavilə bağlamayacaq

Arsen Vengerin “Bavariya”nın baş məşqçisi vəzifəsinə gətiriləcəyi haqda xəbərlər təsdiqini tapmayıb. SİA-nın məlumatına görə, Münhen klubu rəhbərliyinin bu gün keçirdiyi mətbuat konfransında hazırkı baş məşqçisi Nika Kovaça dəstək ifadə olunub.

Klubun idarə heyətinin sədri Karl-Hayns Rummenige bildirib ki, komandaları bu mövsüm bundesliqada hələlik lazımi səviyiyyədə çıxış etməsə də, klub rəhbərliyi futbolçu və məşqçiləri dəstəkləyir. “Bavariya”nın idman direktoru Hasan Salihamiciç isə deyib ki, klub Nika Kovaçla əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, Arsen Vengerin bu gün “Bavariya”ya baş məşqçi təyin oluna biləcəyi haqda xəbəri Almaniyanın “Bild” qəzeti yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...