Renat Dadaşovun komandası darmadağın oldu

Portuqaliya Sequndasında 5-ci turun oyunları keçirilib. U-21 millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” evdə “Mafra”ya 1:4 hesabı ilə uduzub. Dadaşov 90 dəqiqə meydanda olub. Renat 84-cü dəqiqədə sari vərəqə ilə cəzalanıb. Qeyd edək ki, “Eştoril” 5 turdan sonra 9 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə