SOCAR tərəfindən Cüdo Federasiyasına verilən Məşq Bazasında əsaslı təmir aparılıb

Sentyabrın 24-də SOCAR-ın və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində SOCAR tərəfindən Azərbaycan Cüdo Federasiyasının istifadəsinə verilən Sumqayıt Təlim Məşq Bazasının (Cüdo Mərkəzi) binasının əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir.

Cüdo Mərkəzinin birinci mərtəbəsində iki idman təlim məşq zalı, fitness zalı, iki məşqçi otağı, akt zalı, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı və duş otaqları, köməkçi otaqlar, ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilmişdir. Həmçinin İdman Təlim Mərkəzində yeni istilik və havalandırma sistemləri və kondisionerlər quraşdırılmış, binanın ön fasadnda şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılmişdır. Həyətyanı sahədə abadlıq işləri yerinə yetirilərək yeni beton bardurlar quraşdırılmış, meydança və səkilər tamet daşı ilə üzlənmiş, yeni işıq dirəkləri basdırılmışdır.

Mərkəzlə tanış olan qonaqlar idman zalında məşq edən kiçikyaşlı cüdoçularla söhbət etmiş və onlara yeni idman geyimləri-kimonolar hədiyyə etmişlər. Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəbli və ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası İlham Zəkiyevin də iştirak etdiyi məşqçilər və idmançılarla görüşən qonaqlara məlumat verilmişdir ki, Sumqayıt cüdoçuları bütün Beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında həmişə yüksək nəticələr göstərmiş və vətənə yüksək mükafatlarla qayıtmışlar.

Qonaqlar isə öz növbsəində Sumqayıt cüdoçularının bundan sonra da böyük uğurlara imza atacaqlarına əminliklərini ifadə etmiş və onlara yeni nailiyyətlər arzulamışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə