Ronaldinyo siyasətlə məşğul olmaq qərarına gəlib

Braziliyanın əfsanəvi futbolçularından olan Ronaldinyo siyasətlə məşğul olmaq qərarına gəlib. SİA-nın məlumatına görə, 37 yaşlı futbolçu Jair Bolsonaronun rəhbərlik etdiyi “Sosial-xristian partiyası”nın üzvü kimi Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır. Ronaldinyo 2018-ci ilin martında keçiriləcək seçkilərdə Minas-Jerais ştatından namizəd olacaq. Bunun üçün partiyanın onun sənədlərini rəsmən təsdiqləməsi lazımdır.

Qeyd edək ki, Ronaldinyo siyasətə can atan ilk braziliyalı futbolçu deyil. Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu olan Romario artıq senat kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə