Metroda oğlan özünü qatar yoluna atıb və...

Bakıda metroda növbəti insident baş verib. SİA-nın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 09:25-də "Koroğlu" stansiyasında baş verib.

Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib.

Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə