Binəqədidə "Yaşıl marafon" ağacəkmə aksiyası FOTO

Dekabrın 2-də Binəqədi rayonu Xocasən qəsəbəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib. Bu barədə SİA-ya Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə RİH başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayon Xocasən bələdiyyəsi, MKTB-nin əməkdaşları, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, iştirak ediblər. 300-ə yaxın insanın iştirak etdiyi aksiyada 1500 ədəd ağac əkilib. Ağacəkmə Aksiyasının sonunda simvolik tort kəsilmiş və çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşıb.

Qeyd edek ki, dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq zolaqlarının genişləndirilməsi işinin Binəqədi rayonunda da əsas proritet istiqamətini təşkil etməsi, sağlam və təmiz ətraf mühitin yaradılmasının əsas təcəssümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...