Gömrük Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib

Gömrük Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul olunub.

SİA xəbər verir ki, müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov çıxış edib.

O bildirib ki, nəzərdə tutulan dəyişikliklər iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, gömrük nəzarətinin təkmilləşdirilməsinə, ticarət əməliyyatlarının daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə və hüquqi tənzimləmə mexanizmlərinin gücləndirilməsinə xidmət edəcək.

Qeyd olunub ki, yeniliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, mövcud maneələrin aradan qaldırılmasına və xarici ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.

Çıxışda vurğulanıb ki, ikinci oxunuş zamanı deputatlar tərəfindən irəli sürülən təkliflər nəzərə alınsa da, layihənin mahiyyəti dəyişməz olaraq qalıb və sənəd bütövlükdə dəstəklənib.

Sonda qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə