Uşaq üçün ad günü sadəcə növbəti yaşın tamam olması deyil, onun yaddaşında uzun müddət qalacaq ən xoş xatirələrdən biridir. Xüsusilə ev şəraitində təşkil olunan ad günləri daha səmimi, isti və ailə ab-havası ilə seçilir. Düzgün seçilmiş dekorasiya, uşaqların zövqünə uyğun menyu, maraqlı oyunlar və rəngarəng bəzəklər adi bir günü əsl bayrama çevirə bilər. Bəs evdə keçiriləcək uşaq ad gününün həm yadda qalan, həm də rahat təşkil olunması üçün nələrə diqqət yetirmək lazımdır? Hansı bəzəklər sifariş edilməli, süfrədə hansı təamlar yer almalı və uşaqların əyləncəsi necə təşkil olunmalıdır?
SİA mövzu ilə bağlı araşdırma edib.
İlk olaraq mövzu seçin
Əgər uşaq 3-10 yaş arasındadırsa, bir mövzu seçmək işi xeyli asanlaşdırır:
-Şahzadə
-Hörümçək adam
-Frozen
-Minecraft
-Dinozavr
-Maşınlar
-Super qəhrəmanlar
-Unicorn
-Futbol
1 yaş üçün əsas vurğu dekor olmalıdır
Gözəl fotozona mütləqdir:
-“1” rəqəmi formasında böyük şar
-Pastel rənglər (çəhrayı, ağ, bej, mavi, krem)
-Teddy Bear (ayıcıq) teması
-Safari teması
-Bulud və ay teması
-“Boss Baby” teması
-“Little Prince” və ya “Little Princess” teması
Menyu necə olmalıdır?
Bu yaşda əsas qonaqlar böyüklər olur.
Böyüklər üçün:
-Dolma
-Qutab
-Toyuq salatı
-Paytaxt salatı
-Ruletlər
-Mini sendviçlər
-Meyvə süfrəsi
Uşaqlar üçün:
-Meyvə püreləri
-Banan
-Peçenye
-Mini keks
Tort
1 yaş tortları adətən:
-Ayıcıq
-Tac
-Bulud
-Safari heyvanları
-Ad və “One” yazısı şəklində hazırlanır.
Ən vacib hissə
1 yaş ad günündə:
-Peşəkar fotoqraf
-Ailə fotosessiyası
-Uşağın ilk ilindən şəkillər guşəsi
-“12 ayın xatirələri” stendi çox gözəl alınır.
Azərbaycan ailələrində son illər ən çox seçilən format evdə 15-20 nəfərlik yaxın qohumlarla, pastel rəngli dekor və fotosessiya mərkəzli 1 yaş ad günüdür. Bahalı animator və oyunlardan daha çox, gözəl fotozona və tort tədbirin əsas elementi hesab olunur.
Ev üçün bəzək siyahısı
Mütləq lazım olanlar:
-Helium və adi şarlar
- “Happy Birthday” və ya “Ad günün mübarək” banneri
Fotozona üçün arxafon
-Rəqəm formasında böyük şar (məsələn 5 yaş, 6 yaş və s.)
-Masa üçün tematik süfrə
-Şamlar
-Kiçik hədiyyə paketləri
Sadə dekor üçün:
-50-100 şar
-1 fotozona
-1 banner
-Tematik qab-qacaq tam kifayət edir.
Uşaq məclisində çox ağır yeməklər hazırlamaq məsləhət deyil. Əksər valideynlər daha çox qəlyanaltı formatına üstünlük verirlər.
Oyunlar
Animator çağırmırsınızsa:
-Şar partlatma yarışı
-Xəzinə axtarışı
-Musiqi dayandı oyunu
-Rəsm müsabiqəsi
-Üz boyama
-Rəqs müsabiqəsi
2 əsas oyun və 1 ehtiyat oyun kifayət edir.
Hədiyyə paketləri
Qonaq uşaqlara verilə bilər:
-Sabun köpüyü
-Stikerlər
-Boyama kitabçası
-Karandaş dəsti
-Kiçik oyuncaqlar
Təxmini büdcə
-Dekor: 50-150 AZN
-Tort: 40-120 AZN
-Yemək və şirniyyat: 100-300 AZN
-Animator (istəyə görə): 80-250 AZN
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB