"Bel, çiyin, sinə və çənə nahiyəsində yaranan səpkilərin bir neçə səbəbi var".
Bu sözləri SİA-ya açıqlamasında dermatoveneroloq Xəyalə Hüseynova bildirib.

Onun sözlərinə görə, isti hava və tərləmə xüsusilə yay aylarında tər vəzilərinin tutulması nəticəsində miliaria (isti səpgisi) və ya aknenin kəskinləşməsi yarana bilər: "Hormonal dəyişikliklər, androgen hormonlarının artması ilə akne daha çox çənə, çənəaltı, sinə və kürəkdə müşahidə olunur. Göbələk mənşəli follikulit tərləmə ilə əlaqədar sinə, kürək və çiyinlərdə qaşınan xırda səpkilər verə bilər. Bakterial follikulit tük follikullarının iltihabı nəticəsində yaranır. Parazitar infeksiyalar (qurdlar) birbaşa olaraq akne və ya tipik sinə-kürək səpkilərinin ən çox rast gəlinən səbəbi deyil. Lakin bəzi hallarda allergik reaksiyalar və qaşınma ilə müşahidə olunan səpkilər yarana bilər.
Səbəbi müəyyənləşdirmək üçün müayinə səpkinin görünüşündən asılı olaraq seçilir. Ən çox istifadə olunanlar- dermatoloq müayinəsi, dermatoskopiya, dəridən qaşıntı və ya yaxma götürülərək mikroskopik müayinə (göbələk, gənə və s. üçün), tam qan analizi, eozinofil səviyyəsi (parazitar və allergik hallarda), nəcis analizi (parazit yumurtaları üçün, şübhə olduqda), hormonal analizlər (testosteron, DHEA-S, LH, FSH, prolaktin, TSH – qalxanabənzər vəz funksiyası), qadınlarda isə lazım gələrsə kiçik çanaq orqanlarının USM-i (məsələn, Polikistik Yumurtalıq Sindromu şübhəsində).
Amma əgər söhbət yalnız aknedən gedərsə, öz təcrübəmə dayanaraq qeyd edim ki, mən bir tək dermatoskopik müayinə edirəm, başqa müayinəyə gərək görmürəm. Çünki aknenin səbəbləri bəllidir. Genetika, yağlı dəri, həzm problemləri, qeyri-düzgün qidalanma, əsəb, stress və s.
Xəstəyə ciddi müalicə təyin edəcəyim halda, o zaman qaraciyər fermentlərinin müayinəsini edirik (qanda ALT, AST, QQT, triqliseridlər). Müalicə ilə yanaşı mütləq pəhriz təyin edirəm. Ona görə xəstələrimin 100/100-ü sağalır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB