Binəqədidə “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı məlumat saatı keçirilib FOTO

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “liyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası” mövzusunda məlumat saatı keçirilib.

Binəqədi RİH-dən SİA-ya bildirilib ki, tədbirdə RİH başçısının müavini Aygün Əliyeva, AMEA-nın Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, təhsil işçiləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Aygün Əliyeva təhsil işçilərini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Məruzə ilə çıxış edən Vaqif Abbasova bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirib və qayğı göstərib. Natiq deyib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib.

Məruzə ətrafında suallar cavablandırılandan sonra təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan prezidentinin 3 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Binəqədi rayonundan Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı alan müəllimlərə hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə