ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirildi FOTO

Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirildi

Bu gün ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirildi.

Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, “İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak etdilər.

İlk öncə ASAN könüllüləri Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi.

Daha sonra ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi haqqında geniş məlumat verdi. Natiq çıxışında bildirdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin qorunub saxlanılması təcrübəsidir.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış “İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin “İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışdı.

Sonra Rəsulzadə qəsəbə Bələdiyyəsinin “İctimai-humanitar” sektorunun müdiri Günel Vahabzadə 2016-cı ilin avqust ayından Rəsulzadə bələdiyyəsində yaradılan “İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını etdi.

Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı.

Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi.

Sonda xatirə fotosu çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...