"Ona nə qədər xərc çəkdim" Nazənin

Bir müddət əvvəl qardaşını itirən müğənni Nazənin "Zaurla Günaydın" verilişinin qonağı olub. SIA-nın məlumatına görə, sənətçi qardaşını itirəndən sonra efirə çıxmasını qınayanlara cavab verib: "Onu itirməyimə mənim qədər yana bilərsiniz? Beş özüm ağırlığında ona xərc çəkdim. Nələr etdim. Amma olmadı. Heç kim mənim qədər dərd çəkməz. Amma o qədər tənqid yazırlar ki... Elə bil mənim dərdimi bunlar çəkir. Cahil insanlardır hamısı. Nə edirsən söyürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə