Yoxa çıxan aparıcı yenidən efirdə AÇIQLAMA-FOTOLAR

Aparıcı Günel Hümbətova övladı ilə yeni fotosessiya etdirib. SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Ötən həftə Jozefina ilə Yeni il fotosessiyası etdirdik. Şəkillərimiz hazırdır. Amma balaca qız bütün şəkillərdə ora bura baxır. Yeni məkan, yeni əşyalar görəndə belə olur. Ancaq əl vurub oynamaq istəyir. Poza isə yalnız telefonla çəkəndə verir".

Günel tezliklə efirdə olacağını deyib: "Tezliklə, sizə sürprizim olacaq. YouTube kanalımı ixtiyarınıza verəcəm. Bu həftə peşəkar çəkilişlərə start veririk. Mövzularımız: Düzgün qidalanma , sağlam həyat tərzi, necə arıqlamağımla və s. bağlı olacaq. Daha nələrdən danışmağımı, sizə çəkib göstərməyimi istəyirsiz?"

Bütün xəbərlər Facebook səhifəmizdə