Həkim Faiq Ağayevə sərt qadağa qoydu

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. SİA xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Jabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

Jabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə