Mehriban Xanlarova üçün “Maşın” realiti-şou bitdi FOTOLAR

ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” buraxılışının 11-ci günü keçirilib. SİA-nın məlumatına görə, iştirakçılar bu gün sms səsverməsinə repçi Elşad Xoseni çıxarıb. O, hədəf kimi aktrisa Mehriban Xanlarovanı seçib. O bildirib ki, bu gün Rauf Əhmədovun edə bilmədiyini edəcək.

Elşad Xose isə bunu inkar edib və M. Xanlarovanı kənarlaşdırmaqla bağlı fikrinin qəti olduğunu bildirib.

Repçi iştirakçılara maraqlı tərzdə müraciət edib: “Mehriban xanım üçün canı yananlar, onun əvəzinə kim özünü qurban verə bilər?” Xatun onun çağırışına “mən” desə də, bu baş tutmayıb. Verilişin aparıcısı Murad Dadaşov bildirib ki, qaydalara görə, kim əlini çəkib getsə, onun bu addımı Mehriban xanımı xilas etməyəcək, əbəs yerə şounu tərk etmiş olacaq.

Hədəf seçilən Mehriban Xanlarova da sevənlərindən səs istəyib. O bildirib ki, anası eşitmə qüsurludur. Buna görə də M. Xanlarova mimika və jestlərlə eşitmə qüsurlu insanlara müraciət edərək Elşad Xosenin getməsinə səs vermələrini istəyib. O həmçinin bir az sonra E. Xoseyə müraciət edərək fikrini dəyişməsini istəyib.

Qeyd edək ki, sonda nəticələrə əsasən Elşad Xosenin lehinə 74.82, əlehinə isə 25.18 faiz səs verilib və o, şouda qalmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə