Leyla Əliyeva Zülfiyyə Xanbabayeva ilə bir arada FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalq artisti Zülfiyyə Xanbabayeva ilə bir araya gəlib.

SİA-nın məlumatına görə, şəkil Leyla Əliyevanın "İnstagram" səhifəsində paylaşılıb. O, müğənnini ad günü münasibətilə təbrik edərək, bu sözləri qeyd edib: “Əzizim Zülfiyyəni ad günü münasibəti ilə təbrik edirəm. Xoşbəxtlik, cansağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm”.

Qeyd edək ki, fotoda Zülfiyyə Xanbabayevanın qızı Dəniz də yer alıb.

Qeyd edək ki, xalq artistinin 50 yaşı tamam olub.

Bütün xəbərlər Facebook səhifəmizdə