YAP dünənin, bu günün və gələcəyin partiyasıdır TƏDBİR

Partiyanın yaradılmasının 26-cı ildönümü laçınlılar tərəfindən fərəhlə qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26 illiyi yubileyi ilə bağlı YAP Laçın rayon təşkilatı Lacın rayon İH ilə birlikdə tədbir kecirib. Toplantı lacınlı məcburi köckünlərin məskunlaşığı Taxta-körpü ərazisində rayon təşkilatının konfrans salonunda baş tutub. Tədbir iştirakcıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül cicək dəstələri qoyublar. Daha sonra Heydər Əliyev parkında ağac əkmə aksiyası kecirilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq qeyd edib ki, bu gün üzərimizdə üzvülük vəsiqəsini fəxrlə daşıdığımız Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ili tamam olur. “Bu münasibətlə partiyamızın Sədri, Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla, partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvlərini, İcra-katibliyinin rəhbərliyini, partiyamızın 700 minə qədər üzvünü, təəsübkeşlərini təbrik edirəm”, deyə qeyd edən İ.İlyasov partiyanın quruculuq tarixi və keçdiyi şərəf yolu barədə fikirlərini çatdırıb.

Sonra YAP Lacın rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov çıxış edərək bildirib ki , YAP siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd edib. “Bu gün Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir”, natiq qeyd edib.

Tədbirdə digər cıxış edənlər Murad Hüseynov, Tahir Bayramov, Əmiraslan Məmmədov və başqaları xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkiılatının fəaliyyətində yaxından iştiraklarına görə fərqlənən YAP fəallarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

R.NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...