Ermənistan mətbuatını qonşu ölkələrin inkişafı qıcıqlandırır

Rusiyada qubernator seçkiəri davam edir və ictimaiyyət tərəfindən diqqət mərkəzindədir. Seçkilərin artıq ikinci mərhələsi keçirilir və dünya ictimaiyyətinin izlədiyi qubernator seçkilərinə münasibət birmənalı deyil. Ermənistana məxsus mətbuat səhifələri seçkilərə belə öz erməni xislətindən doğan rakursdan yanaşır.

Rusiyada Qubernator seçkilərinin ikinci mərhələsinin keçirilməsinə münasibət sərgiləyərkən erməni KİV-ləri ənənəsinə sadiq qalaraq yenə də böyük qardaşları hesab etdikləri rusları lağ atəşinə tuturlar. Ermənistana məxsus lragir.am saytında qubernator seçkilərinin qeyri adi tendensiyalarla davam etdiyi yazılır. Hətta erməni mediası Rusiyadakı seçkiləri növbəti möcüzə adlandırır və möcüzə kimi qələmə verdikləri seçkilərin bundan əvvəlkilərin davamı olduğunu vurğulayaraq rusların seçki ənənəsini lağ hədəfinə çevirir.

Rusların hər sahədə ənənəsinə istinad edən Ermənistanın mediasının Rusiyan seçki ənənəsini bəyənməməsi və ağız büzməsi çox gülünc görünür

Ermənistan mətbuatı yazır ki, Rusiyanın uzun illər davam edən seçki mexanizmi ciddi bir müvəffəqiyyətsizliyə uğrayıb. Guya ki, analitiklər hələ də bu müvəffəqiyyətsizliyin, bu uğursuzluğun səbəbini tapa bilmirlər. Əsrlər boyu rusların hər bir sahədə ənənəsinə istinad edən, hər sahədə təcrübəni məhz ruslardan öyrənən erməni mediasının indi Rusiyanın seçki ənənəsini, seçki müxanizmini bəyənməməsi və ağız büzməsi çox gülünc görünür. Ermənistana məxsus xəbər saytı Rusiyada sarsıdıcı rejimin olmasını, pensiya islahatları ilə bağlı qərarların kütləni qəzəbləndirməsini səbəb kimi ortaya qoyur. Halbuki, indi rusların ermənilərə münasibətdə soyuqluq nümayiş etdirmələri, eləcə də düşmən hesab etdiklərə Azərbaycana meyilli olmaları sözügedən ölkənin kütləvi informasiya vasitələrində qıcıq doğurduğunu nümayiş etdirir.

Analitiklərin Rusiyada guya ki, uğursuz keçirilən qubernator seçkilərinin səbəbini tapa bilmədiyi yazan erməni mediası digər tərəfdən gizli bir səbəb olaraq Ermənistanı göstərir. Özü də heç bir məntiqi əsasa, etik normalara sığmayan şəkildə, utanmadan və səbəbini tapa bilməyən analitiklərdən fərqli olaraq. Sən demə, ermənilərin “nümunəvi” kütləvi etirazları, onun guya ki, çox böyük ruh yüksəkliyi, sülh və əminamanlıq şəraitində, hətta rəqslərlə müşaiyət olunan şəraitdə davam etməsi, həm də “xoşbəxt” sonluqla nəticələnməsi indi Rusiyada olan məsələlərə öz təsirini göstərirmiş. Sanki, Ermənistanı və ümimiyyətlə erməni xalqını, onun müqəddəratını uzun illərdir qoruyan, bir sözlə varlığını, mövcudluğunu hər zaman mühafizə edən Rusiya kimi fövqəl dövlət indi erməni təcrübəsindən yararlanır, hətta bu təcrübəyə möhtac belə imiş.

Qərb missionerlərinin əmrləri, tapşırıqları ilə küçə və meydanlara toplaşmaq nə demokratiya deyil, nə də buna kütləvi etiraz adını vermək olmaz

Əslində dövlət çevrilişi ilə Nikol Paşinyanın kürsüyə oturdulduğu Ermənistanda hadisələr, daha doğrusu kütləvi etirazlar demokratik hərəkat, demokratiyanın qələbəsi kimi təqdim olunur. Daim qul psixologiyası ilə, əcnəbilərin ssenariləri, tapşırıqları ilə oturub-duran ermənilər üçün indi də rusların deyil, Qərb missionerlərinin əmrlərinə tabe olmaları, onların tapşırıqları ilə küçə və meydanlara toplaşmaları nə demokratiya deyildi, nə də heç buna kütləvi etiraz adını da vermək olmaz. İndi nümunə kimi rusların, Rusiya kimi fövqəl dövlətin gözünə kül üfürmək istəyən, ələlxüsus Paşinyanın daxili auditoriyaya hesablanmış siyasətinə xidmət edən erməni mediası hadisələrdən siyasi divident qazanmaq üçün istifadə etmək niyyətindədir. Maraqlıdır, erməni mətbuatı kimə nə sübut etmək fikrindədir və ümumiyyətlə onların belə sərsəm, eyni zamanda gülünc baxış bucağına Rusiya məhəl qoyurmu?

İndi bütün dünyaya demokratiya carçısı kimi özünü qələmə verən və bir tərəfdən də hakimiyyətini qorumaq üçün daxili auditoriyaya hesablanmış fəaliyyət sərgiləyən Paşinyan hakimiyyətinə xidmət edən edən media hansı demokratiyadan danışa bilər? Etiraz aksiyalarını komuflyaj kimi istifadı edərək hakimiyyət çevrilişi edən küçə nümayişçisinin sərsəm, absurd fikirlərini, bir-birinə zidd bəyanatlarını, uğursuz siyasətini tərənnüm edən erməni mətbuatı demokratiyanı beləmi başa düşür? Yaxud, bu işğalçı dövlətin kütləvi informasiya vasitələri Paşinyan hakimiyyətinin özü ilə gətirdiyi fəlakəti görmürmü və bu fəlakət nə vaxtdan demokratiya hesab olunur?

Dövlətin daxilində heç bir islahat, heç bir beynəlxalq layihə, iqtisadi əməkdaşlıq, işgüzar münasibətlər olmadığı üçün, erməni mətbuatı demokratiya adlı yalnız bir sözü çeynəməkdən yorulmur ki, yorulmur. Çünki, başda Nikol Paşinyan olmaqla, Ermənistan hakimiyyətinin heç bir uğurundan söhbət aça bilmir. Belə bir uğura imza atan da yoxdur. Əksinə, Ermənistanın məğlubiyyəti silsilə xarakteri alır və biri digərini əvəz edir. İstənilən sahədə böhran müşahidə olunur. Bu işğalçı dövlətin durumunu özlərinə düşmən hesab etdikləri Azərbaycanla müqaisə belə etmək ədalətsizlikdir və ölkəmiz hər sahədə dəfələrlə üstündür.

Öz müqəddəratından qorxuya düşən işğalçılar indi də demokratiyanı alət etməyə çalışırlar

Ermənistanı, onun mediasını qıcıqlandıran ələlxüsus Azərbaycanın hərbi sahədə irəliləyişi və onlardan fantastik olaraq üstünlüyüdür. İşğalçı dövlətin mətbuatına çox yaxşı bəllidir ki, hərbi sahədə qazanılan nailiyyətlərdə Rusiya ilə əməkdaşlığın da rolu və xüsusi çəkisi böyükdür. Məhz elə buna görə də Rusiyada və yaxud Azərbaycanda seçkilər, seçki mexanizminə hədəflənmələrini qıcıqlanmadan başqa heç çür izah etmək olmaz. Ermənistan mətbuatını qonşu ölkələrin inkişafı qıcıqlandırır. Azərbaycan Rusiya ilə ikitərəfli əlaqələri genişləndirir, hərbi sahədə sazişlər imzalanır, ölkə başçıları bir-birinin ardınca rəsmi səfərdə olurlar və bütün bunlar hər iki ölkənin inkişafına xidmət etməklə yanaşı, münasibətləri daha da dərinləşdirir. Nəticədə Ermənistan bölgədə tam təklənmiş və sahibsiz bir vəziyyətdə, marginallaşmış durumda qalır.

Öz müqəddəratından qorxuya düşən işğalçılar indi də demokratiyanı alət etməyə çalışırlar və guya ki, Ermənistan kimi demokratik ölkə, guya ki, insan haqlarının, azadlıqlarının yüksək səviyyədə qorunduğu bir məkan toxunulmazdır. Elə bil hansısa dövlət, hətta torpaqları məhz erməni işğalçıları tərəfindən talan olunmuş, zəbt olunmuş qonşu ölkələr öz haqlarını, zəbt olunmuş torpaqlarını onlardan tələb edərsə və bu yolda sülh danışıqlarına məhəl qoymayan, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən torpaqların qeyd-şərtsiz boşaldılması qərarlarını pozan Ermənistandan özlərinə məxsus olanı gərəkirsə hərbi yolla geri almağa qalxarsa, sanki demokratiyaya müharibə elan etmiş olur. Hətta bu yolla ABŞ kimi bir çox dövlətləri də özlərinə tərəf çəkməyə çalışırlar. İndi Soros kimi şər iblisinin oyunlarına alət olan Ermənistan bundan da yararlanmağa çəhd edir və qonşu ölkələrdə bu iblisin demokratiya adı altında qurduğu oyunlarda iştirak etməməsinə də qıcıqlanır. Rusiya kimi fövqəl dövləti, Azərbaycan kimi müstəqil, hər sahədə inkişaf edən və inkişaf yolu seçən ölkələri hədəfə almaqdansa Ermənistan mətbuatı bu işğalçı ölkənin düşdüyü durumu və real təhlükələrini təhlil etsin. Erməni mediası ilk öncə fəlakətlə üz-üzə qalan Paşinyan və onun hakimiyyətini hədəfə alsın və erməni cəmiyyətinin üzləşdiyi acınacaqlı vəziyyəti ictimailəşdirsin.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə