Avropa Şurası Parlament Assambleyasının Qubada seçkiləri müşahidə edən missiyasının üzvü Pociej Aleksander August ilkin müşahidələrini bölüşüb.

SİA-nın verdiyi məlumata görə, P. A. Auqust 5-6 məntəqədə müşahidə apardığını söyləyib: “Müşahidələrimə görə, hər şey qaydasındadır və yaxşıdır. Hər hansı neqativ halla qarşılaşmamışam”.

Qonaq Azərbaycana ikinci dəfə gəldiyini, amma seçki prosesində müşahidəçi kimi ilk dəfə iştirak etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə