Azərbaycanda keçiriləcək prezident seçkiləri dünya mətbuatının DİQQƏTİNDƏ

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri dünya mətbuatının da diqqət mərkəzindədir. Sechki-2018.az saytının məlumatına görə, ABŞ, Rusiya, Türkiyə, mətbuatında dərc olunana yazılarda Azərbaycandakı seçkiöncəsi mühit şəffaf qiymətləndirilir, ölkə daxilində seçkilərə böyük marağın olduğu bildirilir.

ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində dərc olunan yazıda deyilir: “Azərbaycan xalqı aprelin 11-də - Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində prezident seçkilərində iştirak edəcək. Azərbaycan ilk dəfə qadınlara səsvermə hüququ verən ölkələrdəndir. Azərbaycanın çoxillik seçki təcrübəsi var. Bu gün Azərbaycan regionun əsas güc mərkəzi rolunda çıxış edir”.

Rusiyanın “Vestnik kavkaza” informasiya agentliyində yerləşdirilən informasiyada isə bu gün Azərbaycanda sükut günü olduğu bildirilir. Qeyd edilir ki, təqvim planına uyğun olaraq seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayıb və səsvermə başlamazdan 24 saat əvvəl başa çatıb. Seçki prosesi ilə bağlı məlumatların da əksini tapdığı yazıda deyilir: “Prezident seçkilərində prezidentliyə 8 namizəd qeydə alınıb. Seçki günündə 125 seçki dairəsində 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Bildirilir ki, monitorinq 890 beynəlxalq və 59 minə yaxın yerli müşahidəçi tərəfindən həyata keçiriləcək.

Türkiyənin “Yeni Şafak” qəzeti isə diqqəti seçkilərdən sonra iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yönəldib. Bildirilir ki, 11 aprel prezident seçkiləri 2 ölkə arasında strateji önəm daşıyan münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Dərc olunan informasiyalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://www.washingtontimes.com/news/2018/apr/9/why-azerbaijan-matters-for-the-west/

http://www.vestnikkavkaza.ru/news/V-Azerbaydzhane-nastupil-den-tishiny-pered-prezidentskimi-vyborami.html)

https://www.yenisafak.com/hayat/azerbaycan-cumhurbaskanligi-secimleri-ve-turkiyeyle-iliskiler-3213720

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...