Nazir müavini: “Səhiyyə Nazirliyi seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib”

“Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb”. SİA-nın verdiyi məlumata görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar-müşavirədə çıxışı zaman deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, prezident seçkilərində seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: “Onların səs verməsi üçün tibb müssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.

E.Ağayev həmçinin seçkilərlə əlaqədar tibb işçilərinin maarifləndirildiyini diqqətə çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə