Milli Məclisin plandan əlavə iclası keçirilə bilər

Milli Məclisin dekabrda plandan əlavə daha bir iclası keçirilə bilər. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasının gündəliyində xeyli məsələlər var: “Elə bu günkü iclasın gündəliyinə 39 məsələ salınıb. Əgər nəzərdə tutulan məsələlər çatdırılmazsa, o zaman əlavə bir iclas keçirilə bilər”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 29-a təyin edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə