41 ildir pensiya alan ən yaşlı ingilis vəfat etdi

Böyük Britaniyanın iki ən yaşlı insanından biri sayılan Alf Smit həyatla vidalaşıb. Bob Ueytonun həmyaşıdı 111 yaşında vəfat edib.

SİA xəbər verir ki, Alf Smit 70 yaşında pensiyaya çıxmışdı. Yəni 41 ildir Böyük Britaniya hökumətinin verdiyi pulla yaşayırdı.

Smit Ueytonla eyni gündə - 1908-ci ilin martın 29-da dünyaya gəlib. Bob xəbəri böyük kədərlə qarşılayıb: "Sanki qardaşım ölüb".

Böyük Britaniyanın ən yaşlı iki insanı hər il martın 29-da bir-birini təbrik edirmiş. Ueyton Smitin qızına zəng vuraraq, başsağlığını çatdırmaq fikrindədir.
Bob Alfı çox yaxşı və maraqlı adam adlandırıb. İndi Ueyton ən yaşlı ingilis adını tək daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə