Yasamal rayonundakı yanğın zamanı 83 nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, yeddinci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, səkkizinci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 paqonnometr yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə