Azərbaycana gətirilən külli miqdarda siqaret saxlanılıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən SİA-ya verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2 400 ədəd "Gold Mount" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə