Növbəti səyyar qəbul keçiriləcək

Yanvarın 25-də paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 284 nömrəli tam orta məktəbdə (Ünvan: Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi 10) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə