Müəllimlərin işə qəbulu ilə bağlı sənəd tələb olunmayacaq

Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi elektron xidməti üzrə inzibati reqlament”də dəyişiklik edib. SİA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/1 nömrəli qərarı ilə təsdiq edilmiş reqlament nazirliyin“http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411” elektron ünvanında təqdim etdiyi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsinin təmin edilməsinə dair elektron xidmətlə bağlıdır.

İndiyə qədər elektron xidmətdən istifadə etmək üçün təhsil haqqında dövlət sənədi, şəxsiyyət vəsiqəsi və əmək kitabçasının skan edilmiş surəti elektron qaydada təqdim edilməli idi. Dəyişikliyə əsasən elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmayacaq.

Yeni qayda dekabrdan qüvvədədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə