Rusiya erməniyə dayı deyən separatçılardan imtina edir

Fəxrəddin Abbasovun həbs olunması separatçıların sonunun çatıdığını göstərir

Azərbaycanda aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmiz nəinki regionda, ümumiyyətlə, dünyada ən inkişaf etmiş dövlətlərdəndir. Bunu nufuzlu beynəlxalq maliyyə institutları da yaydıqları hesabatları ilə təsdiqləyirlər. Hazırda, Azərbaycan investisiyaların yönəldilməsində ən cəlbedici ölkə olmaqla yanaşı, həm də, özü güclü sərmayədar ölkəyə çevrilib. Son 15 ildə respublikamızın beynəlxalq iqtisadi-siyasi əlaqələri daha da güclənib, qarşılıqlı səmərəli əməkdaşlıq, dünya iqtisadiyyatına öz milli mənafeyini qorumaqla inteqrasiya olunması ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirib. Təbii ki, bu cür iqtisadi-siyasi uğurlar Azərbaycan vətəndaşlarının daha təhlükəsiz və sosial cəhətdən daha geniş şəkildə təmin olunması deməkdir. Amma hər kəsə bəlli olan, fakt da mövcuddur ki, istər xaricdə, istərsə də daxildə Azərbaycanın əldə etdiyi nailiyyətlərinə kögə salmağa cəhdlər göstərənlər var. Bunların sırasında özlərini və yaxınlarını xarici xüsusi xidmət orqanlarına yem edən mühacirlərin adını xüsusi ilə misal göstərmək olar. "Sapı özümüzdən olan baltalar" siyahısında talış adından çıxış edən, ancaq talışlara heç bir aidiyyatı olamayan şəxslər də var. Onlar, sadəcə, Ermənistan xüsusi xidmət orqanlarının girovuna çevrilərək, yaramaz və şərəfsiz bir yol tutublar.

Satqına bəraət ola bilməz

Vaxtaşırı Ələkram Hümbətov (Ələkram Hümmətov), Adil Nəsirov, Fəxrəddin Abbaszadə, Ataxan Əbilov, İsmayıl Şabanov kimi xəyanət yolu tutanlar Yeravana səfər edərək, orada Azərbaycana qarşı separatçı çıxışlar edirlər. Artıq sübuta yetirilir ki, özlərini talış kimi qələmə verib, separatçı mövqe səgiləyənlərin bəzisi, əslində talış deyillər. Buna misal kimi, Ermənistana qaçan Şahin Mirzəyevi göstərmək olar. Bu şəxs Lerikdə doğulsa da və "talışam" desə də, etnik olaraq talış deyil. Lakin o və adları burada çəkilən digər xainlər Ermənistan kəşfiyyatının qucağında oturublar, Azərbaycana, onun köklü maraqlarına qarşı düşmənlərin apardığı savaşa alətdirlər, ölkələrinə, deməli, həm də məğrur talış xalqına qarşı çıxıblar. Təbii ki, separatizmin və xəyanətin ömrü uzun ola bilməz. Gec-tez, onalrın hamsı əməllərinin cavabını məhkəmə qarşısına çıxmaqla verməli olacaqlar. Daha doğrusu, artıq Azərbaycan tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.1 maddəsi ilə dövlətlərarası axtarışa verilən separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. Bu barədə "Regnum" saytına istinadən xəbər verilir ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi F.Abbasovun Azərbaycana təhvil verilməsini təmin etmək üçün onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, F.Abbasov Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin düşməni olan Əlikram Hümbətovun yaxın adamı olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olan F. Abbasov 1994-cü ildə Rusiyaya qaçıb və orada yaşayıb. F.Abbasov dəfələrlə qanunsuz olaraq Ermənistana səfər edib və öz əqidədaşları ilə müxtəlif tədbirlər təşkil edərək, qondarma separatçı ideologiyanı təbliğ edib, Azərbaycan dövlətinə qarşı şər və böhtanlar səsləndirib.

F.Abbasova qarşı cinayət işi 12 iyul 2018-ci il tarixində qaldırılıb. Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul tarixli qərarı ilə onun cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılıb və dövlətlərarası axtarışa verilib. Həbs olunması, onu deməyə imkan verir ki, F.Abbasov yaxın vaxtlarda Azərbaycana ekstradisiya olunaraq, məhkəmə qarşısına çıxarılacaq.

İrəli sürülən tələblər və çağırışlara əsaslanaraq, demək olar ki, separatçıların təbliğat maşını rolunda çıxış edən "OTV" kanalı da bağlanacaq. Məlumatlara görə, artıq "OTV"-nin rəhbəri Zabil Məhərrəmov və Rusiyada Azərbaycan əleyhinə separatçılıqla məşğul olan İsmayıl Şabanov ətrafında istintaq orqanları nəzarət hərəkətləri aparırlar. Yəqin ki, yaxın vaxtlarda bu şəxslər də F.Abbasovun aqibətini yaşamalı olacaqlar.

Separatçıların meydanı daralır

Azərbaycana qarşı Rusiyada qatı separatçı meyilli ilə seçilən İ.Şabanov bir qədər əvvəl düzənlənən qondarma Osetiyanın müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə "Talış Respublikası"nın nümayəndəsi kimi iştirak edib. Bu satqın Ə.Hümbətovun maliyyə cəhətdən geniş şəkildə təmin olunması üçün erməni lobbisinə xahişlərlə müraciətlər də edib. Hətta 2009-cu ildə Ə.Hümbətovun Moskva şəhərinə səfərini təşkil edib. Baş separatçı Moskvada talış təşkilatlarının nümayəndələri ilə görüş keçirib və burada talış təşkilatlarının koordinasiya şurasının yaradılmasını və qurumun adından sərt bəyanatların qəbul olunmasını təklif edib. Müəyyən maraqlı dairələrin və erməni xüsusi xidmət orqanlarının dəstəyi və bilavasitə, köməyi ilə Ə.Hümbətovun irəli sürdüyü ideya reallaşmışdır. Təşkilatın yaradılması ilə Mosvada məskunlaşan talışların ciddi narazılığına və etirazlarına səbəb olan bəyanatlar səsləndirilmişdir. İddialar irəli sürülmüşdür ki, "Azərbaycanda insan hüquqları pozulur", "Azərbaycanda talışlar məcburi assimilyasiyaya məruz qalırlar", "Azərbaycanda talışlara qarşı diskriminasiya siyasəti tətbiq olunur" və bu kimi digər şər və böhtan xarakterli fikirlər. Rusiyadakı kəskin etirazlarından qorxuya düşən Ə.Hümbətov İ.Şabanovun dəstəyi ilə oğlu Turalla birlikdə Ermənistana yola salınıb. Ə.Hümbətov tarixi Azərbaycan torpağı - Qədim İrəvanda Ermənistan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq" üzrə magistr proqramının açılış mərasimində çıxış etmiş və talış mədəniyyətinin Azərbaycanda təqib edilməsinə dair fikirlər səsləndirmişdir. Bununla yanaşı, o, Xankəndidə qondarma qurumun "parlament sədri" Aşot Qulyanla görüş keçirmişdir. Görüşdə baş separatçı satqın və xəyanətkar xislətini tam şəkildə ortaya qoymuş və açıq şəkildə bildirmişdir ki, Ermənistan sədri olduğu "Talış Milli Hərəkatı"na dəstəyini davam etdirəcəyi halda, istənilən ideya və təklifi dəyərləndirməyə çalışacaq.

AXCP sədri Əli Kərimlinin dostu (F.Abbasovun 50 illik yubuleyində Ə.Kərimli ona təbrik məktubu ünvanlamış və ideya-siyasi mübarizəsində uğurlar arzulamışdır-İ.Ə.) F.Abbasovun separatçıların meydan suladığı Rusiyada həbs olunması, artıq separatçıların sonunun çatdığını və yaxın günlərdə separatçıların liderlərindən olan Hilal Nəsirov, İsmayıl Şabanov, Bəxtiyar Ağazadə, Rabil Abdinov, Kahin Mirəlizadə (Əbilov) və digərləri də həbs olunaraq, Azərbaycana gətiriləcəklər. Bununla da, layiq olduqları cəzalarını almış olacaqlar. Tarixən də, belə olub, bütün müqəddəs dəyərlərini, sadəcə, pula satan, öz millətinə, xalqına və vətəninə xəyanət edən insanların aqibəti acınacaqlı sonluqla bitib.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə