Türkmənistanda konfrans keçirildi

Türkmənistanda dənizə çıxışı olmayan ölkələrdə nəqliyyat şəbəkələrinin inkişafına dair konfrans keçirilib. SİA xəbər verir ki, dünyadakı təlatümlü münaqişələr, iqtisadi çətinliklər və pandemiya dənizə çıxışı olmayan ölkələri özünəməxsus problemlər toplusu ilə qarşı-qarşıya qoyur. Dünyada ixrac həcmində ciddi azalma var, idxal gecikmələri və xərc artımları yaşanır.

Covid -19 pandemiyasında ilə əlaqədar bütün dünyada sərhədlər bağlandıqda, dənizə çıxışı olmayan az inkişaf etmiş ölkələr fərdi qoruyucu vasitələrin və respiratorların alınmasında böyük çətinliklərlə üzləşdilər. Bu ölkələr həm də iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır, çünki təbii fəlakətlər onların nəqliyyat infrastrukturuna və ictimai xidmətlərinə ciddi təsir göstərir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə