Meksikada keçirilən ənənəvi festivalda rəngarəng və çiçəklərdən hazırlanmış 3932 metr uzunluğunda xalça Ginnesin Rekordlar Kitabına düşüb. SİA xəbər verir ki, Meksikanın hər il keçirilən festivalda dünyanın ən uzun xalçası rekordu qırılıb.
Məlumat verilib ki, bir il əvvəl başlanılan və 19 müxtəlif rəng və güllərdən ibarət xalçanın dizaynı cəmi 2 gün vaxt alıb.
Meksikada hər il avqustun 14-15-də keçirilən festivalda şəhər küçələrinin rəngarəng xalçalarla bəzədilməsi ənənəsi 70 ildir ki, davam edir.
Qeyd edək ki, dünyanın ən uzun xalçası rekordu ondan əvvəl 2319 metrlik xalçaya aid idi.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə