Yük maşınında həyatını itirən miqrantların sayı 51-ə yüksəlib

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanmışdı. Onların arasında olan lakin sağ qala bilən 16 nəfər isə xəstəxanalarda yerləşdirilmişdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəstəxanralarda yerləşdirilən 16 nəfərdən daha 5-i həyatı itirib. Beləcə ölü sayı 51-ə yüksəlib.

Qeyd edilir ki, sürücünün tərk etdiyi yük maşınında tapılanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik ətraflı açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə