Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər?

Senat Kiyevə yardım göstərilməsi layihəsini təsdiq etməsə, Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,

bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi brifinq zamanı deyib.

Kirbi onu da əlavə edib ki, mayın 19-dək ABŞ Senatı daha 40 milyard dolları təsdiq etməlidir. Belə olan halda ABŞ-dan Ukraynaya göndəriləcək hərbi yardımların arası kəsilmətəcək, yəni fasiləsiz olaraq gətiriləcək.

“...Əgər biz tezliklə səlahiyyət əldə etməsək, yəqin ki, bir müddət heç bir şeyin ötürülməyəcəyi bir qabarcıq yaranacaq. Və əmin olmaq istərdik ki, bunun qarşısını almaq olar", -Bunu da Kirbi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...