Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, öldüyü zaman BƏƏ Prezidentinin 73 yaşı var idi. Dövlət İşləri Nazirliyi açıqlamasında ölüm faktını təsdiqləyib və BƏƏ xalqına, ərəb və İslam xalqına və dünyaya başsağlığı verib.

Bayraqların yarıya qədər endiriləcəyi açıqlanıb və ölkədə 40 günlük matəm elan edilib. Federal və yerli səviyyədə nazirliklərdə və hökumət idarələrində, eləcə də özəl sektorda işlər dərhal qüvvəyə minməklə üç gün müddətinə dayandırılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə