Rusiya prezidentinin Ərdoğanla telefon danışığı olub

Kreml Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyiib Ərdoğanla telefon danışığı apardığını açıqlayıb. SİA xəbər verir ki, danışıqda aşağıdakılar məsələlər yer alıb: Liderlər Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarını tanıması ilə bağlı vəziyyətini müzakirə edib və fikir mübadiləsi aparıblar. Putin Ukrayna hakimiyyətinin Donbassdakı təcavüzü və Minsk razılaşmalarını yerinə yetirməkdən qəti şəkildə imtina etməsi əsasında bu qərarın qəbul edilməsinin konkret zəruriliyini vurğulayıb.

Türkiyə prezident Ərdoğan isə belə deyib: "İclasda Rusiya Federasiyası üçün uzunmüddətli və qanuni qüvvəyə malik təhlükəsizlik təminatlarının yaradılması məsələləri də müzakirə olunub. Bu kontekstdə Putin NATO və ABŞ-ın Rusiyanın haqlı narahatlıq və tələblərinə məhəl qoymamaq cəhdinə çevrilən reaksiyasından məyus olduğunu bildirib".

Xatırladaq ki, liderlər Rusiya-Türkiyə münasibətlərinin müxtəlif formatlarda davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə