Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya Dövlət Dumasının Ukraynadakı separatçıları tanımaq təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət etdiklərini açıqlayıb. SİA xəbər verir ki, Kuleba, bu barədə "Twitter"də etdiyi şərhdə bildirib. Eyni zamanda, Təşəbbüsün Minsk razılaşmalarını pozduğunu qeyd edib.
Rusiya Dövlət Dumasının Ukraynadakı separatçıların tanınması təşəbbüsü ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət etdiyini ifadə edən Kuleba, fevralda Minsk razılaşmaları ilə bağlı 17-ci iclasda məsələnin müzakirə olunmasını tələb etdiklərini bildirib.
Rusiya parlamentinin aşağı palatası Dövlət Duması dünən Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqində rusiyayönlü separatçıların yaratdığı qondarma administrasiyaları tanımağa çağıran qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB