Rusiyanın təhlükəsizliyi təmin olunmalıdır - LAVROV

Rusiya Xarici İşlər Nazirliyi Lavrovun italiyalı həmkarı Di Mayo ilə telefon danışığı olub. SİA xəbər verir ki, tərəflər Rusiyanın təhlükəsizlik məsələləri ilə bağlı təkliflərini və Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.
Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, görüş İtaliya tərəfinin təşəbbüsü ilə keçirilib.

Görüşdə mövcud beynəlxalq məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb: "İclasın mərkəzində Rusiya Federasiyasının ümumi qəbul edilmiş təhlükəsizliyinin, bölünməzliyi prinsipinin həyata keçirilməsi əsasında Avropada uzunmüddətli təhlükəsizlik təminatlarını təmin etmək cəhdləri dayanırdı".

NATO və ABŞ-dan daha əvvəl Qərb tərəfdaşlarına təqdim edilmiş beynəlxalq hüquqi sazişlərin layihələri ilə bağlı yazılı cavabları dəyərləndirib və bu sənədlərdə qaldırılan məsələlərin tez bir zamanda həllinə çağırıb.
Lavrov italiyalı həmkarının diqqətini NATO-nun hərəkətlərinin sabitliyi pozan xarakterinə yönəldib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə