Ukrayna ilə gərginlik azalmalıdır RUSİYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərbin Moskvaya təhdidləri Ukrayna ilə bağlı gərginliyi azaltmağa heç nə etməyəcək. SİA xəbər verir ki, Lavrov bunu Moskvada britaniyalı həmkarı ilə görüşü zamanı deyib.

Sergey Lavrov qeyd edib ki, ideoloji yanaşmalar, ultimatumlar, təhdidlər münaqişəni sakitləşdirmir.
Digər tərəfdən Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Britaniya Ukrayna sərhədində qoşunların toplanmasına və Ukraynanın suverenliyinə xələl gətirmək cəhdlərinə göz yuma bilməz: "Münaqişənin və qan tökülməsinin qarşısını alan diplomatik bir yol var. Mən Rusiyanı bu yola çağırıram".

Avropa və Vaşinqtondakı diplomatların Rusiyaya qarşı getdikcə daha çox təhdid və ultimatum dilindən istifadə etdiyini qeyd edən Lavrov bu yanaşmanın diplomatik olmadığını qeyd edib. Rusiya xarici işlər naziri Londonla ikitərəfli münasibətlərin “son illərin ən aşağı nöqtəsində” olduğunu vurğulayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə