“Rusiya münaqişənin mərkəzindədir”

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Nümayəndəsi Cozef Borel Rusiyanın Ukrayna sərhədində hərbi güclənməsi ilə bağlı ABŞ-ın narahatlığını bölüşdüyünü və Avropanın “Soyuq Müharibə”dən sonra ən təhlükəli dövrünü yaşadığını bildirib. SİA xəbər verir ki, Cozef Borel Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinken ilə ikitərəfli görüşdən sonra ortaq mətbuat konfransı keçirib. Cozef Borel bildirib ki, ”Bölgə son günlər Rusiyanın yaratdığı geosiyasi proseslərin təsiri altındadır.

Borel enerji probleminin regionun mərkəzində Rusiya ilə Ukrayna arasında dayandığını bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə