Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın tələbi ilə keçiriləcək iclasda ilk dəfə olaraq Rusiyanın Ukraynanı işğal etmək təhdidləri və bunun qlobal təsirləri müzakirə ediləcək. SİA xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya 15 üzvdən ibarət şuranın 9 üzvünün dəstəyini alarsa, sessiyanın keçirilməsinə mane ola bilər.

Rusiyaya qarşı sessiya tələb edən ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bəyan edib ki, Ukrayna sərhədində 100 min əsgər və hərbi texnika toplayan Rusiyanın bu addımı beynəlxalq sülh və təhlükəsizliyə və BMT Nizamnaməsinə açıq təhdiddir. Səfir qeyd edib ki, Rusiya Ukraynaya təcavüz edərsə, Ukrayna, Rusiya, Avropa üçün təhlükələr, habelə beynəlxalq nizamın fundamental öhdəlikləri və prinsipləri şura üzvləri tərəfindən hərtərəfli qiymətləndirilməlidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə