Rusiya Ukrayna sərhədinə yaxın Rostovda hərbi manevr edəcək

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun yanvar və fevral aylarında "məsul" olduğu bütün bölgələrdə ardıcıl hərbi manevrlər təşkil edəcəyini bir neçə dəfə açıqlamışdı

Rusiya Ukrayna sərhədinə yaxın Rostov bölgəsində hərbi manevr təşkil edəcək.

SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin Cənub Hərbi Bölgəsinin bir sıra hərbi birlikləri manevr üçün Rostov poliqonlarına göndərilib.

Təlimlərdə əsgərlərin uzun məsafələrə hərəkətetmə hazırlığı ölçüləcək.

Nazirlikdən edilən əvvəlki şərhlərdə Rusiya döyüş gəmilərinin Qaradəniz və Baltik dənizində manevr edəcəyi bildirilmişdi.

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun yanvar və fevral aylarında "məsul" olduğu bütün bölgələrdə ardıcıl hərbi manevrlər təşkil edəcəyini bir neçə dəfə açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə