Meksika Aviasiya Pilotları Assosiasiyasının (ASPA) baş katibi Humberto Qual, Meksikada fəaliyyət göstərən "Aeromexiko" və "Aeromar" hava yolu şirkətlərində çalışan 75-i pilot olmaqla cəmi 140 işçinin Covid-19 testindən keçdiyini və nəticələrinin pozitiv çıxdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki Covid-19-a tutulan pilotlar və aviaşirkət işçiləri karantinə alınarkən, hava yolları şirkətləri kadr çatışmazlığı səbəbindən 22 daxili və beynəlxalq uçuşu ləğv edib.
Uçuşları ləğv edilən bəzi sərnişinlər 24 saat "Mexiko City" Beynəlxalq Hava Limanında ilişib qalarkən, məsələnin tezliklə həll olunmasını istəyən bəzi sərnişinlər hava limanı işçilərinə sərt reaksiya verib. Hava limanında gözləyən sərnişinlər uzun növbələr yaradaraq izdiham yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB