Dəhşətli partlayış baş verdi - 6 nəfər öldü

Çinin cənub-qərbindəki Vulunq şəhərində ictimai binada baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çonqinq şəhərində ictimai binanın yeməkxanasında günorta saatlarında baş verən və ən azı 20 nəfərin dağıntılar altında qalması ilə nəticələnən partlayışdan sonra xilasetmə işləri davam edir. Yerli mətbuatın məlumatına görə, dağıntılar altında qalanlardan 15-i xilasetmə qrupları tərəfindən çıxarılıb. Bu şəxslərdən 6-nın öldüyü müəyyən edilib.

Bildirilib ki, hadisə yerinə ən azı 260 canlı qüvvə və 50 texnika cəlb olunub. Partlayışın dəqiq səbəbinin hələ müəyyən edilmədiyi bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə