Fransanın paytaxtı Parisdə vəkil namizəd hicaba görə islamafobik münasibətlə üzləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsinin nəzarəti altında stajyer hüquqşünasların peşəyə başlamaları üçün keçirilən andiçmə mərasimində "Sara" adlı gənc hüquqşünas namizədinin çadrasını çıxarması istənilib. Əks halda and içə bilməyəcəyi bildirilib. Zalda olan vəkillər buna reaksiya versələr də, vəziyyət dəyişməyib. Gənc vəkilin paylaşımı ilə ortaya çıxan islamafobik rəftar geniş əks-səda doğurub. “Gülməli olan odur ki, məni hicabımı çıxarmağa məcbur edənlər və andımızı qəbul edənlər yarım saat sonra kürsüyə çıxaraq azadlıq və müstəqillikdən danışıblar”, - deyə Sara qeyd edib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB